baki-qida-ve-yag-fabriki

Bakı Yağ Fabriki 27 dekabr 1997-ci il tarixində “Caspian Vegetable Ghee Factory” adı altında ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib.
2011-ci ildə isə Bakı Yağ Fabrikinin Azərsun Sənaye Parkına köçürülməsi və fabrikin yenidən qurulması layihəsinə start verilib.
25 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Bakı Qida və Yağ Fabriki”nin Azərsun Sənaye Parkında açılışı olub.
İllik istehsal gücü 270.000 ton olan müəssisədə “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilməkdədir. Zavodda Almaniyadan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müəssisədə müasir deodorizə və ventirizə sistemləri qurulub ki, bu yeni sistem də ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini təmin etməkdədir.
Müəssisə “Zeytun Bağları”, “Bizim Süfrə”, “Final”, “Möcüzə”, “Gülüm” “Bizim Aşbaz”, “Supersun”, “Yurdum”, “Evim”, “Teksun”, “Vega”, “Kerem” markaları adı altında qarğıdalı, günəbaxan, zeytun, pambıq yağları, kərə yağları, Spred yağlar, marqarinlər, şirniyyatda istifadə olunan sənaye yağları, əridilmiş bitki yağları, kərəli əridilmiş bitki yağları, mayonezlər, ketçuplar, souslar istehsal etməkdədir. “Azərsun Holdinq”, eyni zamanda dünyaca məşhur fast-food şəbəkələrinin yağ tərəfdaşı və tədarükçüsüdür.
“Bakı Qida və Yağ Fabriki” -nin məhsulları Gürcüstan, Özbəkistan, Türkmənistan, İraq, Qırğızıstan, Qazaxıstan və s. ölkələrə ixrac olunmaqdadır.
Müəssisə İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi, İSO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi, İSO 17025 Laboratoriya sertifikatı, FSSC 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi sertifikatlarına layiq görülüb. Həmçinin KFC və McDonald’s firmaları tərəfindən audit aparılıb və müəssisənin fəaliyyəti yüksək qiymətləndirilib.