Faydalı məlumatlar

Günəbaxan yağının tərkibindəki E vitamini

E vitamini yağda həll olan vitaminlərdir. Tərkibində alfa, beta, qamma və delta tokoferolları vardır. Bitki yağları və buğda dənəsi E vitamini ilə zəngindir. İstiliyə qarşı sabit və bişirilməyə qarşı dözümlüdür.

Orqanizmdəki funksiyaları:

  • Ən yaxşı antioksidantdır. Hüceyrə səthi və daşıyıcı molekulların lipid qismini stabilləşdirərək hüceyrəni sərbəst radikallar, ağır metallar, zəhərli maddələr, dərman və radiasiyanın zərərli təsirlərindən qoruyur.
  • İmmun sisteminin aktiv qalması üçün lazımdır. Timus bezini və eritrositi qoruyur. Viruslu xəstəliklərə qarşı immuniteti artırır.
  • Göz sağlamlığı üçün də böyük əhəmiyyət daşıyır. Retinanın inkişafı üçün lazımlıdır. Sərbəst radikalların katarakta əmələ gətirən təsirlərinin qarşısını alır.
  • Qocalmaya qarşı qoruyucudur. Sərbəst radikalların toxumalar, dəri və qan damarlarında əmələ gətirdiyi degenerativ təsirin qarşısını alır. Yaşlanma ilə əmələ gələn yaddaş zəifliyinə də müsbət təsir göstərir.

Çatışmazlıq əlamətləri:

  • Uşaqlarda hemolitik anemiya və göz zəifliyi;
  • Böyüklərdə nataraz yerimə, diqqət dağınıqlığı, aşağı triod hormonu səviyyəsi, sinir pozulmaları, keyləşmə, anemiya, immunitetin zəifləməsi;
  • E vitamini əskikliyində ürək xəstəlikləri və xərçəng riskinı artırmışdır.

Günəbaxan yağının fiziki xüsusiyyətləri

  • Rəng: Tam mənası ilə duru, aşıq sarı və şəffafdır.
  • Qoxu: Neytral olub, hər-hansı bir başqa qoxu qarışığı olmamaqdadır.
  • Dad: Neytral olub özgə yaxud acı bir dad vermir. Günəbaxan yağı bir torta və bulanıqlılığı olmur.
Rəng (5 1/4 inches lovibond scale ) 12 sarı, 1,2 qırmızı max.
Sərbəst yağ turşusu ( as oleic ) 0,10 % max.
Görünüşü Bulanıqlıq yox.
Fosfor miqdarı Yox
Nəm və buxarlanan maddə 105 dərəcə 0.1 % max.
Yod Sayısı (wijs) 120-140
Sabunlaşmayan maddə 1.5 % max
Cold Test duru 0 Dərəcədə 5 1/2 saat buzda
Neft efirində həll olmayan yad maddə 0.05 % max.
Sabun Yox
Peroksit dəğəri 2.5 meg/kg max (yükləmə)
Xüsusi çəki( 20 C / 20 C ) 0.918 - 0.923
Əmsal indeksi( nd 40 C ) 1.4670 - 1.4700
Sabunlaşma sayı (mg koH/g oil) 188 - 194

Qarğıdalı: Enerji verən bitkidir

Buğdalı məhsullardan sayılır. 180-200 sm boyunda, dik və yüksək gövdəli, geniş yarpaqlı, bir illik bitkidir. Kökü qalın və saçaqlıdır. Yarpaqları uzun, paralel damarlı, sərt, iti uclu, sapsız, kənarları dalğalıdır. İki növ çiçəyi vardır. Erkək çiçəklər gövdənin ucunda salxım şəklində, dişi çiçəklər isə yarpaqların qoltuq hissəsindədir. Dişi çiçəklər uzundur və qınlarının başından çölə sallanırlar. Bunlara qarğıdalı saçağı deyirlər. Meyvəsi isə qıça üzərində sıxılmış şəkildə olur. Rəngi açıq yaxud tünd sarı, qara yaxud da qırmızımtıl rəngdədir.

Qarğıdalı saçağının tərkibində qlükoza, maltoza kimi şəkərlər, sabit yağ, kitrə və çox miqdarda kalium duzları mövcuddur. Sidikqovucu, sidik kanallarını təmizləyici və hərarət verici olaraq istifadə edilir. Qarğıdalı yağı, qarğıdalı dənələrindən emal edilir. Tərkibində yağ turşuları, A vitamini və bol miqdarda nişasta vardır. Qarğıdalı yağı damar sərtliyinin qarşısını alır.

Sağlam həyat tərzi üçün soya

Soya yağı, bitki yağı olma etibarilə xolesterolsuzdur. Bildiyimiz kimi sadəcə heyvani yağların tərkibində xolesterol vardır. Bunun üçün xüsusilə, pəhrizdə və intizamlı qidalanmada soyanın yeri çox vacibdir. Ayrıca çox miqdarda doymuş yağ tərkibi olan qidalardan istifadə edənlərin qandakı LDL (aşağı dansiteli lipoprotein)dir ki, buna mənfi xüsusiyyətli protein də deyilir. Çünki bunun səviyyəsi yüksəlincə ürək xəstəliyi riskini artırır. Doymamış yağ turşusu yüksək olan soya yağı ilə qidalanma zamanı mənfi xassəli protein (LDL) faizinin azalmasına kömək edir. Aparılan tədqiqatlar soya lifindən istifadə edənlərdə çənbər bağırsaq xərçənginə yaxalanma riskini azaltmaqda olduğunu müəyyən edir. Soya bitkisi eyni zamanda zəngin vitamin və mineral maddə qaynağıdır. Kalsium, dəmir, sink, fosfor, maqnezium və B vitaminləri ən çox ən çox da vitamin və mineral maddələrdir. Bu səbəbdən də sağlam həyat və intizamlı qidalanma üçün soya və soyadan hazırlanan məhsulların istifadəsi tövsiyə edilir.

Soya haqqında aparılan araşdırmalar, sahib olduğu xüsusiyyətlər baxımından bu qidanın ürəyi qoruduğunu ortaya çıxarmışdır.

Tədqiqatçılar soyada ürək xəstəliyini birbaşa qarşısını alan birləşmələri ayırmıdılar.

Soyalı qidalanma, heyvan mənşəli qidalara nisbətən daha az yağlılığı olduğundan ürəyi qoruyur.

Bəzi qidalar, qandakı xolesterolu artırarkən digərləri xolesterol səviyyəsini aşağı salır. Müxtəlif soya növlərinin qan lipid səviyyələri üzərindəki təsiri insanlar və heyvanlar üzərində aparılan araşdırmalarda müşahidə olunmuşdur. Tədqiqatlar, soyanın xolesterol səviyyəsi düşüdüyündə əhəmiyyətli bir yerə sahib olduğunu göstərmişdir.

Aparılan araşdırmalardan birində, üç ay boyunca aşağı səviyyəli xolesterol pəhrizi saxlayan, yüksk xolesterol xəstələrinin pəhrizlərindəki heyvan mənşəli proteinlər, soya proteinləri ilə dəyişdirilmişdir. 3 həftə sonra bu xəstələrin xolesterolunda orta hesabla 21 faiz azalma olmuşdur.

Buna bənzər bir təcrübə də, yüksək xolesterollu xəstələrdə soya proteini ilə birlikdə hər gün 500 mq-lıq xolesterol da verilmişdir. Ona görə də xolesterol səviyyələrində azalma görülmüşdür. Bundan əlavə pəhrizə xolesterolun əlavə edilməsi, soyanın xolesterol səviyyəsinin aşağı salmasına əngəl olmamışdır.

Soya proteini qatıq, meyvə salatı, şorba və sous kimi qidalarda bir neçə çay qaşığı ölçüsündə əlavə edilə bilər. Soya proteini meyvə suyu ilə qarışdırılıb içilə bilər.

Zeytun yağının qidalanmadakı yeri

Zeytun ağacı və onun meyvəsi olan zeytunun tarixi 8000 il bundan əvvələ gedib çıxır. Arxeoloji qazıntılar zeytunun İsa Peyğəmbərdən əvvəl 6 min ildən bəri Aralıq dənizi ətrafında yetişdirildiyini və insan qidası olaraq istifadə olunduğunu göstərməkdədir.

Tarixi inkişaf içərisində zeytun, bir çox əfsanəyə qaynaq olmuş, köhnə mədəniyyət mətnlərində və müqəddəs kitablarda yer verilmişdir. Nuh peyğəmbərin tufanının şiddəti azaldığında həyatın yenidən başlayıb başlamadığını öyrənmək üçün gəmisindən yolladığı göyərçinin gəmiyə ağzında təzə qoparılmış zeytun budağı ilə döndüyü və bunun həyatın başladığına işarə etdiyinə inanılmışdır. O tarixdən etibarən ağzında zeytun budağı daşıyan göyərçin sülhün simvolu olmuşdur.

Quranda zeytun ağacını, meyvəsi zeytunu, yağını tərifləyən və müqəddəs qəbul edən ayələr mövcuddur. Bu ayələrdə zeytun ağacının yenə müqəddəs bir yer olan Sina Dağında yetişdirildiyi, sıxılaraq yağının çıxarıldığını və bu yağın yeməklərdə ləzzət, xəstəliklərə şəfa vermək üçün istifadə edildiyi yazılmışdır.

Zeytun və zeytun yağı İsa peyğəmbərdən 6 min il əvvələ söykənən tarixi və keçmiş içərisində müqəddəs qəbul edilmiş və bir çox məqsədlə istifadə olunmuşdur. ənənəvi Aralıq dənizi mətbəxinin əhəmiyyətli qida maddəsi olması ilə bərabər dini və sosial məqsədli tədbirlərdə də öz yerini tutmuşdur. Sülhün simvolu olmuş, kosmetika olaraq da istifadə edilmişdir.

Yenə texniki məqsədlərlə lampalarının, cihazların yağı və sabunun xammalı olmuşdur.

Tibbidə də zeytunyağının müalicəvi xüsusiyyətlərindən faydalanmışlar.

İsa peyğəmbərin dövründən 400 il əvvəl Hippokratın, xolera müalicəsində və yaraların müalicəsində zeytun yağı tövsiyə olunmuşdur.

Azersun