Müəllimlər yağ zavodunun istehsal bölmələrinə ekskursiya etdilər

 Bakı Pedaqoji Kadrların İxtisaslaşdırma və Yenidənhazırlanma İnstitutu iqtisadiyyat fənni üzrə yay ixtisaslaşdırma kurslarında iştirak edən müdavimləri Bakı Yağ Fabrikinə ekskursiya etdilər.

Müasir texnologiyanın və yüksək keyfiyyətli məhsulların istehsalını görmək üçün “Azərsun Holdinq”in fabrik və zavodlarına müxtəlif təhsil ocaqlarının müəllim və tələbə qrupları tez-tez ekskursiya edir. Bu dəfə Bakı Yağ Fabrikinin qonaqları Bakı Pedaqoji Kadrların İxtisaslaşdırma və Yenidənhazırlanma İnstitutu iqtisadiyyat fənni üzrə yay ixtisaslaşdırma kurslarında iştirak edən müdavimlər idi.

Tanışlıq təcrübəsi keçmək üçün yağ istehsalat bölmələrində olan müdavimlər ilk olaraq duru yağ sahəsi ilə tanış oldular. Müdavimlərin suallarına fabrikin istehsalat müdiri Emil İbrahimov ətraflı şəkildə cavablandırdı. İstehsal prosesini böyük maraqla müşahidə edən heyət, müasir texnologiyanın tam avtomatlaşdırılmış avadanlıqların işləmə texnikasının da əyani şəkildə izlədilər. Daha sonra marqarin istehsalat sahəsinə keçən heyət burada da yüksək keyfiyyətli məhsulların istehsal prosesi ilə tanış oldular.

Son dərəcə gigiyenik qaydalara tam şəkildə əməl olunan istehsalat sahələrində ekoloji cəhətdən insan sağlamlığı üçün yararlı və yüksək keyfiyyətli məhsul istehsal edən Bakı Yağ Fabrikinin məhsulları istehlakçılar tərəfindən bəyənilir.

 

Əvvəlki Sonrakı
Azersun