Ləzzətli və Xeyirli Zeytun Bağları
Getdikcə daha tez-tez biz zeytun yağının faydaları haqqında eşidirik. Onun faydalarını sadalamaqla bitmir. Zeytun yağı qidadan əlavə həm də kosmetik məqsədlər üçün də istifadə edilir. Üstəlik zeytun yağı bir çox xəstəliklərin müalicəsində də tövsiyə edilir.
Lakin zeytun yağını istehlak edərkən diqqət edilməli bir məqam var. Zeytun yağının bir neçə çeşidi mövcuddur və bu çeşidlər də dad, rəng və keyfiyyət baxımından bir-birindən fərqlənir.
Zeytun yağının istehlak mədəniyyəti çox güclü olan ölkələrdə və ümumiyyətlə dünyada bu növlərin hər biri öz məqsədi üçün istifadə edilir. Lakin qidaya qarşı xüsusi tələbləri və damaq dadı ilə fərqlənən Azərbaycan istehlakçısının isə zeytun yağına qarşı öz tələbləri mövcuddur. Belə ki, zeytun yağının mövcud olan spesifik iyi və tamı Azərbaycan istehlakçısı tərəfindən bəyənilmir və onu bu xeyirli məhsulu gündəlik tələbat malları siyahısına salmaqdan çəkindirirdi.
Bu tələbləri nəzərə alan Azərsun Holdinq tam Azərbaycan istehlakçısının damaq dadına uyğun Zeytun Bağları markası ilə istehsal edilən zeytun yağlarını bazara təqdim etmişdir. Zeytunun bütün xeyirli xüsusiyyətlərini özündə toplayan Zeytun Bağları spesifik iyi və dadı sadalamaqla bitməyən faydalı xüsusiyyətlərə malikdir.
Zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə zəngindir. Yağın tərkibində olan A, E, D və K vitaminləri sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, radikallara qarşı müqavimət yaradaraq orqanizmin qocalma prosesini əngəlləyir. Zeytun yağının tərkibində olan linol, olein, linolen kimi doymamış yağ turşuları piylənmənin qarşısını alır, orqanizmin cavan qalmasını təmin edir, həzm prosesinə müsbət təsir göstərir və ürək xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
Zeytun Bağları yağının faydaları
| Əvvəlki | Sonrakı |