Kərə tək ləzzətli, bitki yağı tək xeyirli Möcüzə
Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olan kərə yağı uzun illər boyu bütün yeməklərdə öz dominantlığını qoruyub saxlamışdır. Mətbəximizin dadlı yeməklərlə zəngin olmasının əsas səbəbi kimi də hər zaman kərə yağı göstərilmişdir.
Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, kərə yağı yenə də yeməklərə dad qatır, lakin indi sağlamlıq məsələsi insanları daha çox narahat etməyə başlayır. Sağlam qida, müxtəlif pəhrizlər, ürək-damar xəstəliklərinin düşməni xolesterin insanları qidaya, xüsusən də onun hazırlanmasına daha həssas, daha diqqətlə yanaşmağa vadar edir. Mütəxəssislərin də diqqətini cəlb edən bu məsələ bazarda artıq yeni tələbatın ortaya çıxdığını aydınlaşdırır.
Azərbaycanda ilk dəfə olaraq Azersun Holding Şirkətlər Qrupu belə tələbatı aşkarlayaraq 2008-ci ildə bazara kərə ləzzətli duru qarğıdalı və günəbaxan yağları təqdim etməyə başladı. Bazarda rəğbətlə qarşılanan Möcüzə yağları istehlakçılar tərəfindən çox bəyənildi. Yeməklərə əsl kərə ləzzəti verməklə yanaşı, orqanizm tərəfindən asanlıqla həzm edilən yağlar, zamanın və istehlakçının nəbzini tutmaq üçün əsaslı zəmin yaratmış oldu.
Elə bu nöqtədən hərəkətə başlayaraq kərə ləzzətini şirniyyatlarında hiss etmək istəyənlərə yönəlik növbəti layihə reallaşdırıldı.
Elə bu nöqtədən hərəkətə başlayaraq kərə yağını sevənləri növbəti dəfə sevindirməyə qərar verildi.
Bitki tərkibli, kərə ləzzətli Möcüzə yağı artıq sərt formada da mövcuddur. Kərə ləzzətini bəyənənlər, sağlamlığının qayğısına qalanlar qarğıdalı tərkibli Möcüzə yağını istənilən məqsədlər üçün istifadə edə biləcəklər. Həm qablaşdırma, həm istifadə baxımından istehlakçıların tələbləri nəzərə alınaraq hazırlanan yağ istər səhər yeməyində, istərsə də buterbrod və şirniyyatların hazırlanmasında istifadə edilə bilər.
Həm qablaşdırma, həm istifadə baxımında istehlakçıların tələbləri nəzərə alınaraq hazırlanan yağ çörəyə asanlıqla yaxılır, soyuducudan çıxarılandan sonra kəsilməsində və istifadəsində narahatlıq yaranmır.
Möcüzə yağının digər üstünlüyü onun şirniyyatlar üçün də münasib olmasıdır. Xəmir qabartma, kremlərə xüsusi ləzzət vermə, layların arasına asanlıqla hopma Möcüzə yağını tez bir zamanda kulinariyanın hər sahəsində istifadə etməyinizə şərait yaradacaq.
Yağın qarğıdalı tərkibli olması isə onun sağlamlığa heç bir ziyan vermədən istehlak edilməsini təmin edir.
Biz sizin sağlam qidalanmanız üçün əlimizdən gələni edirik, artıq hər şey öz əlinizdədir.
| Əvvəlki | Sonrakı |